AZ

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

 

f80d405bfc8ceb3dfb41217dd47a6b4f.jpg
07.05.2024 10:20

Bəşəriyyət çoxdan keçmiş yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər.

 

TED.az xəbər verir ki, bu barədə milyarder İlon Mask Los-Ancelesdəki Maykl Milken İnstitutunda keçirilən konfransda bildirib.

 

"Fizikaya görə, kainatın təxminən 13,8 milyard, Yerin isə 4,5 milyard il yaşı var. Əgər biz bir sivilizasiya olaraq bir milyon il yaşasaq, bu, inanılmaz olacaq. O zaman bəşəriyyət qalaktikanın hər yerində ola bilər”, - deyə Mask qeyd edib.

 

Cəmiyyətdə vaxtaşırı eşidilən “yadplanetlilər aramızdadır” ifadələrinə münasibət bildirən milyarder, şəxsən yadplanetlilərin varlığına dair dəlil görmədiyini deyib: “Nədənsə aramızda yadplanetlilərin olduğunu deyənlərin çoxu Aya getmədiyimizə inanır”.

 

"Sivilizasiyanın mövcudluğu qeyri-sabit və nadirdir. Biz bəşər sivilizasiyasını qaranlıqda kiçik bir şam kimi tanımalıyıq. Bu şamın sönməməsi üçün mümkün olan hər şeyi etməliyik", - deyə sahibkar vurğulayıb.

 

Bundan əvvəl İlon Mask süni intellektin sürətli inkişafı ilə bağlı proqnoz vermişdi. O bildirmişdi ki, insan beyninin imkanlarını üstələyən sistem hələ 2025-2026-cı illərdə peyda ola bilər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox