AZ

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

 

05c8e0ad9ad209dbe67aca695e034ce5.jpg
07.05.2024 12:40

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 müxtəlif markalı tüfəng təhvil götürüblər.

 

Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 qumbara, 2 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox