AZ

Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edib

 
 

187c46d5074c69fd8e0857b55ffcf04a.jpg
07.05.2024 21:57

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

 

TED.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.

 

Deputatlar sədrin təklifini yekdilliklə qəbul ediblər.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ilin may ayının 10-da tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox