AZ

ChatGPT ürək xəstəliyinə diaqnoz qoya bilmədi - Nəticəni doğrultmadı

56eac0175977b097d2f265c940a7d6ba.jpg
07.05.2024 23:40

Amerikalı kardioloqlar ChatGPT çatbotunun ürək xəstəliyi riskinin qiymətləndirilməsində rolunu təhlil ediblər. Ancaq təəssüf ki, heç nə əldə edə bilməyiblər. 

 

TED.az xəbər verir ki, araşdırmanın nəticələri “PLOS ONE” jurnalında dərc olunub .

 

Vaşinqton Dövlət Universitetinin ( ABŞ ) alimləri bir sıra hallarda ürək xəstəliyi riskini qiymətləndirmək üçün OpenAI-nin çatbotundan istifadə ediblər. Xidmət vasitəsilə on minlərlə simptom təsvirini işlətdikdən sonra mütəxəssislər çatbotun bu vəzifənin öhdəsindən gəlmədiyinə şahid olublar. O, tez-tez səhvlərə yol verir və özü ilə ziddiyyət təşkil edir.

 

Məlumata görə, sinə ağrısı ürək xəstəliyinin ən mühüm simptomudur. Bu məlumatlara əsasən, həkimlər riskləri qiymətləndirir və xəstəliklərə diaqnoz qoyurlar. Bununla belə, araşdırmada ChatGPT tez-tez eyni xəstələri fərqli qiymətləndirib. Bildirilir ki, bu, çatbotun hazırkı versiyasında təyin olunan təsadüfilik səviyyəsi ilə bağlı ola bilər.

 

Eyni zamanda, alimlər süni intellekt (AI) vasitələrinin tibbdə faydalarına hələ də inandığını bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox