AZ

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

 

6489dc7f4e78ebdb4a6ffd90e6b5f78d.jpeg
08.05.2024 10:57

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

 

TED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 97 min 735 ədəd belə NKA quraşdırılıb.

 

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

 

Cari ilin yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox