AZ

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

 

ac432da410e78e0a2ba54844fda315f1.jpg
08.05.2024 11:20

İndiyə qədər Dövlət İmtahan Mərkəzinin keçirdiyi 45 imtahandan 21-i elektron qaydada aparılırdı. 2023-cü ildə kağız daşıyıcısında aparılan imtahanlarda 600 mindən çox insan iştirak etmişdi. Amma elektron imtahanlarda təxminən 20 min nəfər iştirak etmişdi. Bu nisbət yavaş-yavaş dəyişəcək.

 

TED.az xəbər verir ki, bunu Dövlət İmtahan (DİM) Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in yeni elektron imtahanlar korpusuna mediatur çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib. O bildirilib ki, əvvəllər dövlət qulluğuna aid imtahanların bir neçəsi elektron şəkildə aparılırdı, iştirakçı sayı çox olan imtahanlar kağız daşıyıcılar vasitəsilə aparılırdı. Onların hamısı elektron formata keçiriləcək: “İşə qəbul imtahanları elektron formatda olacaq. Ümumiyyətlə kontingenti 2000 mindən az olan imtahanlar DİM-in yeni elektron imtahanlar korpusunda keçiriləcək”.

TED + bölməsindən digər xəbərlər

Daha çox