AZ

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

 

f3e396144f32d3d7cb4a911b7d5fb2d8.jpg
08.05.2024 19:20

Mayın 10-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

 

Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

 

Vebinar “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox