AZ

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

 

7d1cab110ddbc9f7969ff8b215048092.jpg
08.05.2024 21:20

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox