AZ

“WhatsApp” daha bir yeniliklə gəlir - FOTO

 

ca291be214e69c694209d2895395fc04.jpg
08.05.2024 22:57

“WhatsApp” daha bir yeniliklə istifadəçiləri sevindirir.

 

Belə ki, mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olacaq.

 

Bildirilir ki, bu funksiya üçün iki üsul təklif edilir. Birinci üsulla istifadəçilər öz fotolarından stiker yaratmaq rejiminə keçə biləcəklər. Digər üsulla isə onlar süni intellektdən istifadə etməklə stiker yarada biləcəklər.

 

Yenilik hazırda tətbiqin “iOS” üçün beta versiyasında mövcuddur.

 

Xatırladaq ki, “WhatsApp”ın süni intellektdən (AI) istifadə edərək stikerlər yarada biləcəyi faktı 2023-cü ilin avqustunda məlum olub.

 

Mənbə: Wabetainfo

Dünya bölməsindən digər xəbərlər

Daha çox