AZ

Şagirdlərin yerdəyişməsinə nə zaman icazə veriləcək? – AÇIQLAMA

c0d1901b589840a9e36d5ff36b0028d4.jpg
04.10.2019 11:05

“Şagird yerdəyişməsi üzrə alt-sistemi oktyabrın 15-dən etibarən açılacaq”, - bunu TED.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

 

B.Məmmədov qeyd edib ki, elektron sistem tədris ilinin sonunadək aktiv olacaq.

 

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov "Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçirilir.

 

Fatimə ZÜLFİQAR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox