Divar arxasındakı şəxsin kimliyini təyin edən texnologiya hazırlanıb
Kaliforniya Universitetinin mühəndisləri Wi-Fi siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar.
TED.az-ın məlumatına görə, bu barədə adıçəkilən universitetin saytında deyilir.
XModal-ID adlı metod bir-birindən uzaqda yerləşən iki Wi-Fi siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur.
Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar Wi-Fi siqnallarının əks etdirilməsinin modelləşdirilməsi üçün istifadə olunur.
Bu metod 8 könüllünün üzərində sınaqdan keçirilib. XModal-ID sistemi, ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib.
XModal-ID alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə, gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.
Texnologiyanın köməyilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcək. Məsələn, sifəti gizlədilmiş insan müşahidə kameralarına düşdükdə polislər onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












