Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi imkanları və texnoloji problemləri araşdırılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirilib. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev “Blokçeynlər: komponentləri, tətbiqləri və problemləri” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutundan TED.az-a daxil olan məlumata görə, məruzəçi, Bitcoin və digər kriptovalyutaların blokçeyn texnologiyaları əsasında yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, blokçeynlərin potensial imkanları daha genişdir və digər praktiki fəaliyyət sahələrində də bu texnologiyanın imkanlarından faydalanmaq mümkündür: “Təsadüfi deyil ki, mütəxəssislər artıq “Blockchain 1.0” (kriptovalyutalar), “Blockchain 2.0” (ağıllı müqavilələr) və “Blockchain 3.0” (dövlət idarəçiliyi, təhsil, elm, mədəniyyət və s. sahələrdə tətbiqlər) kimi inkişaf mərhələlərini ayırırlar”.
Məruzəçi blokçeyn arxitekturasının əsas komponentləri, blokçeynlərin təsnifat prinsipləri və əsas növləri, məşhur blokçeyn platformaları (Bitcoin, Ethereum, Hyperledger-Fabric, IOTA və s.) haqqında geniş məlumat verib. Qeyd edilib ki, blokçeyn şəbəkəsinin bütün qovşaqlarında mərkəzi idarəetmə orqanı olmadan tranzaksiyaların həqiqiliyini təmin etmək üçün konsensus protokollarından istifadə edilir. Konsensus protokolları paylanmış mühitdə qrup qərarlarının qəbul edilməsi mexanizmidir və blokçeyn arxitekturasının çox vacib komponentidir.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Elm bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















