Azərbaycanda azyaşlıların, yeniyetmələrin və tələbələrin ən çox oynadığı PUBG-nin fəsadları nə ola bilər?
Psixoloq: “Uşaqlara valideyinlər təsir etməlidir, kompyuter oyunları deyil.”
Kompyuter oyunlarının insan psixologiyasına təsirinin olduğu hər kəsə məlumdur. Amma bu necə baş verir? Bu təsirin gücü nə qədərdir?
Psixoterapevtlər söyləyir ki, yeniyetmələr oyunda güllə atmağa, öldürməyə olan həvəslərini, real həyatdakı şiddətlə əlaqəli olmadığını düşünür. Bütün problemlər də burdan başlayır.
Həmçinin, kompyuter oyunları alkoqol və nekatin kimi asılılıq da yaradır. Bu asılılıq isə öz başına keçmir və mütləq mütəxəssis dəstəyinə ehtiyac olur.
PUBG oyununun gizli mənası
Ötən il Rusiyada yeniyetmə 21 yaşlı tələbə qızı öldürmüşdü. Tələbə bankomatdan pul çıxardarkən, yeniyetmə onun üzərinə atılıb, bir neçə bıçaq zərbəsi alan gənc qız yerindəcə dünyasını dəyişib. Tələbəni öldürən 15 yaşlı yeniyetmə günahını boynuna alaraq öldürmək istəmədiyini amma içində bir səsin ona əmr etdiyini söylədi. İstintaq zamanı yeniyetmə hər zaman onlayn oyunlar oynadığını və bunu reala keçirəcəyini heç vaxt düşünmədiyini deyib. Psixoloji ekspertiza isə son zamanlar oğlanın PUBG oynu oynadığını aşkarladı.
Bu gün Azərbaycanda da yeniyetmələrin və tələbələrin ən çox oynadığı onlayn oyun məhz PUBG-dir.
Oyunun sujet xəttinə görə iştirakçılar avadanlıq və silahların gizlədildiyi tənha bir adadadılar. Əsas məqsəd digər iştirakçıları öldürmək və yaşamaqdır. Xəritədə tədricən azalan təhlükəsiz zona mövcuddur ki, bu da oyunçuları öz aralarında vuruşmağa məcbur edir. Son sağ qalan oyunçu və ya komanda oyunu qazanır.
Bu onlayn oyuna eyni vaxtda 100-ə qədər oyunçu qatıla bilər. Bu isə bir sinfin uşaqlarını, bir məktəbi, məhəlləni bəzən dostları bir araya toplayır. Yəni beləcə oyunun günü-gündən əhatə dairəsi genişlənir və populyarlaşır. Eyni zamanda realda bir-birini tanıyan məktəblilər virtualda bir-birini öldürməklə yaşamaq uğrunda mübarizə aparmış olur.
Oyunun sujet xətti 2000-ci ildə rejissor Kinji Fukasaku tərəfindən çəkilən "Şahzadə döyüşü" yapon sənədli filmindən götürülüb. Mütəxəssislər hesab edir ki, həmin filmin ideyası, yeniyetmələr üçün nəzərdə tutulan "Açlıq oyunu" adlı məşhur kitabın əsasında çəkilib.
Yuxarıda qeyd etdiyimiz, ötən il Rusiyada baş verən hadisəyə KİV-lərin reaksiyası birmənalı olmadı. Əsasən oyunun qadağan olunması istiqamətində fikirlər səsləndirilsə də, əslində bu mümkündürmu? Təbii ki, yox! Bəs yeniyetmələrə nəzarət etmək necə?
Psixoloq münasibəti
Psixoloq Ruhəngiz Qarayeva TED.az-a bu barədə açıqlamasında bunları söylədi: “Əlbəttə yeniyetmələrin onlayn oyunlarına nəzarət etmək asan deyil. Hərdən onlar qonaq gedəndə oynayır, hərdən dostunun evində, kompyuter klublarda və s. Hər uşağa bir nəzarətçi tutmaq da mümkün deyil. Xüsusi kommissiya təşkil etmək ki, mənzil-mənzil gəzsin və yeniyetmənin nə ilə məşğul olduğuna baxsın, bu da absurddu.
Əgər uşağın psixikası o qədər də sağlam deyilsə ona digər faktorlar kimi kompyuter oyunu da tez təsir edəcək.
Əlbəttə oyun həm də öyrədici funksiyaya malikdir. Bu oyunlar yaş xüsusiyyətinə görə fərqlənir. Ona görə də uşaqların yaşlarına və psixikalarının inkşafına uyğun olan oyunlar seçilməlidir. Bu isə valideyin tərəfindən müəyyən olunan vaxtda və müəyyən olunman müddətə oynanmalıdır.
Bir sözlə bu sahədə valideyin çox diqqətli olmalı və nəzərə almalıdır ki, uşaqlara valideyinlər təsir etməlidir, kompyuter oyunları deyil.
TED + bölməsindən digər xəbərlər
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
Həftənin ən çox oxunanları
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






