AZ

Azərbaycanlı mühəndisdən gələcəyin görüntüsü – canlı holoqram

07.10.2019 20:00

3D Fan Holoqram adlanan cihaz azərbaycanlı mühəndisin növbəti uğurlu layihəsidir. Ovucun içində hərəkət edən heyvanlar xəyal dünyasının qonaqlarına bənzəyir. Gələcəyə pencərə açan bu görüntü İlkin Nəsirlinin əl işidir.

 

Gənc mühəndis yaratdığı cihazdan TED.az-a danışıb.

 

İlkin Nəsirli bildirib ki, ilk növbədə kompüter vasitəsilə istənilən mikrokarta müəyyən proqram yazılır: “Bu proqramda video və yaxud GİF fayllar şəkil formatına çevrilir. Daha sonra proqramla təchiz edilmiş SD-kartını 3D Fan Holoqram cihazına daxil edərək bu görüntünü əldə edə bilirik”.

 

İ.Nəsirlinin sözlərinə görə, cihazın iş prinsipi üzərində yerləşən LED-lərdən, yəni işıq yayan diodların qurğu ilə əlaqəsindən ibarətdir: Bu diodlar, qırmızı, yaşıl və göy rənglərini özündə əks etdirdiyinə görə “RGB” (red, green, blue) adlanır. Qeyd etdiyim üç rəngin qarışığı isə hər bir rəng tonunu yarada bilər”.

 

Mühəndis qeyd edib ki, 3D Fan Holoqram bir saniyədə neçə dəqiqə dövr edəcəyini özü bilir, bu cihazın fırlanma sürəti əvvəldən tənzimlənir: “Fan-ın hər 360 dərəcədən bir dövr etdiyi anda yaranan aralarda rənglər hərəkətə keçir. Qurğu hərəkət etdiyi zaman LED-lər rənglərini dəyişməyə başlayır və beləcə də ortaya istədiyimiz görüntü çıxır. Cizgi filmlərdəki kimi şəkillər ardıcıl dəyişərək videoya çevirilir və canlı holoqram yaranır”.  

 

Sözü gedən görüntünü sizə təqdim edirik:

 

Fatimə ZÜLFİQAR

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox