Samsung Galaxy A50 DS (SM-A505) Blue: qiyməti və özəllikləri
Texnologiya inkişaf etdikcə az qala hər gün yeni telefon modeli təqdim olunur.
TED.az olaraq hər gün bir sevilən telefon markasının rəsmi dilerlərdə təklif olunan qiymətlərini, eləcə də kredit və endirim şərtlərini araşdıracağıq:
İlk model Samsung Galaxy A50 DS (SM-A505) Blue telefonudur:
Android əməliyyat sisteminə sahib telefon Android 9.0 (Pie) versiyası ilə çalışır.
1080x2340 pikselə sahib cihazın 4 kamerası var. Əsas kamerası 25 Mp digər ikisi müvafiq olaraq 8 və 5 Mp-dir. Ön kamera da, həmçinin 25 Mp ölçüyə malikdir.
Mobil telefonun operativ yaddaşı 4, daxili yaddaşı isə 64 GB-dır.
8 nüvəli Octa-core (4x2.3 GHz & 4x1.7 GHz) prosessoru ilə təchiz olunub.
Bundan başqa, cihazda NFC (yaxın məsafə əlaqəsi), 3G, 4G, GPS texnologiyası da mövcuddur.
İki sim karta, 4000 mAh. batareyaya sahib mobil cihazın ağırlığı 166 qr, ölçüsü isə 158.5x74.7x7.7 mm-dir.
Telefon Kontakt Home mağazlar şəbəkəsində 1 il zəmanətlə 599,99 manata təklif olunur.
Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə isə müəyyən faiz hesablanır.
Əlavə olaraq kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-7 faiz xidmət haqqı tutulur.
Bu model üzrə endirim yoxdur.
Sözügedən telefon Optimal Electronics-də 599 manata nəğd şəkildə təklif olunur.
Şirkətin saytında kreditlə bağlı məlumat yoxdur.
Bundan başqa, qurum telefonu onlayn sifariş edən müştərilərə istər nağd, istərsə də kreditlə alış zamanı 3%-dək endirim və 2% müştəri bonusu avantajı verir. Bu avantaj digər məhsullara da aiddir.
Telefon İrşad Elektronics mağazalarında da 599 manata satılır. Onu da qeyd edək ki, bu qiymət endirimli şəkildədir. Çünki mağazanın saytında əvvəlki qiymət kimi, 649 manat göstərilib.
Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 706,82 AZN-ə başa gəlir.
Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya haqqı tələb oluna biləcəyi də qeyd olunub.
Baku Electronics-in saytında sözügedən telefon 599 manata təklif edir. Bundan başqa, mağazanın 12 aylıq faizsiz kredit şərti də var.
Music Galery mağazalar şəbəkəsinin saytında da, həmçinin bu telefon təklif olunmur.
Worl Telecom-da isə telefon nağd 599 AZN-dir.
6 aylıq faizsiz kreditlə almaq üçün əvvəlcədən 299.5 AZN ödəniş etmək lazım gəlir. 12 aylıq kredit seçimində isə telefon 672 manata başa gəlir. Bundan əlavə, məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. İş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş etmək lazım gələ bilər. 1 kart sahibləri isə 1 illik kreditlə faizsiz şəkildə telefonu əldə edə bilərlər.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









