AZ

agroX-də yekun qiymətləndirməyə start verildi

347eb95cc19494c75b5f37633b2fa035.jpg
08.10.2019 11:45

agroX startap müsabiqəsində yekun qiymətləndirməyə start verilib.

 

TED.az-ın məlumatına görə, qiymətləndirmədə 12 aqrar startap təqdimat ediləcək. Hər bir layihəyə 10 dəqiqə vaxt ayrılıb.

 

Münsiflər Kənd Təsərrüfatı Nazirliyi, ASAN, İnnoland, Startap Azərbaycan, ADAU və Qərbi Kaspi Universitetinin təmsilçiləridir.

 

Qaliblər bu gün təşkil olunacaq yekun təqdimat mərasimində açıqlanacaq.

 

Qeyd edək ki, agroX müsabiqəsi Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

 

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir.

 

Müsabiqənin mükafat fondu 12000 manat müəyyən olunub.

 

1-ci yer - 6000 manat

 

2- ci yer - 4000 manat

 

3- cü yer - 2000 manat

Startaplar bölməsindən digər xəbərlər

Daha çox