Çernobıl Atom Elektrik Stansiyasına turistlər buraxılacaq
Çernobıl Atom Elektrik Stansiyasına turistlərin daxil olmasına icazə veriləcək.
TED.az xəbər verir ki, bu ilin iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl zonasını turistik məkan elan edib.
Məlumata görə, turizm agentlikləri Çernobıl AES-in dördüncü enerji blokunun idarəetmə panelində rəsmi ekskursiylar keçirməyə başlayıblar.
Turistlərin 1986-cı il 26 aprel tarixində partlayan dördüncü enerji blokunun idarəetmə otağına aparılacağı bildirilir. Ərazidəki radiasiyanın hələ də yüksək səviyyədə olduğuna görə turistlərin otaqda bir neçə dəqiqə ərzində və yalnız qoruyucu kostyumda, dəbilqədə, respiratorda və əlcəkdə qalmaqları mümkün olacaq.
Mütəxəssislərin fikrincə, ərazidə qısa müddət ərzində qalan insanların həyatı üçün riskli vəziyyət müşahidə olunmur. Turistlər geri dönərkən bədənlərində və geyimlərində zərərli maddələrin olmaması üçün iki sınaqdan keçəcəklər.
Əlavə edək ki, baş verən fəlakətdən sonra idarəetmə otağında bir çox avadanlıq oğurlanmış olsa da, içəridə hələ paslı stendlər, displeylər və digər avadanlıqlar qalıb.
Dünya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















