AZ

SpaceX NASA-nın missiyasında iştirak edəcək, məqsəd – asteroidin yolunu dəyişməkdir

58a45af58c32b4b2a9557c477d93c93e.jpg
15.04.2019 11:09

SpaceX şirkəti NASA tərəfindən mühüm kosmik missiya üçün seçilib. Start 2021-ci ilin iyununda nəzərdə tutulub: həmin tarixdə Falcon 9 raketi buraxılacaq.  O, kosmosa sputnik çatdıracaq ki, bu sputnik sonradan Didymos asteroidinin üzərinə göndəriləcək. NASA asteroidin uçuş istiqamətini dəyişmək istəyir, lakin bu, yalnız 2022-ci ilin payızında baş verəcək.

 

TED.AZ – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, NASA, SpaceX-i DART ( Double Asteroid Redirection Test kəlməsinin qısa forması) missiyasında özünə tərəf müqabili kimi seçib.

 

NASA, Didymos asteroidi Yer planetindən 11 milyon km məsafədə olanda məqsədinə çatmağı planlaşdırır. DART layihəsinə həsr olunan səhifədə bildirilir ki, sputnik hədəfinə ancaq 2022-ci ilin oktyabrında çatacaq. Sonra saniyədə 6 km sürəti ilə toqquşma baş verəcək. Amerika kosmik agentliyi hesab edir ki, bununla asteroidin hərəkət istiqamətini dəyişə biləcək.

 

Bütün missiya 69 milyon dollar maliyyə vasaiti tələb edir. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox