AZ

Elektron elmin inkişafı ilə bağlı dünya təcrübəsi öyrənilməlidir – MÜTƏXƏSSİS RƏYİ

c33d007b966655f58b9f68b2d2594778.jpg
09.10.2019 10:14

"Elektron elmin inkişafı ilə bağlı dünya təcrübəsi öyrənilməli və ölkəmizdə tətbiqi ilə bağlı alimlər tərəfindən kompleks tədbirlər görülməlidir".

 

TED.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev deyib.

 

Alimin sözlərinə görə, müasir dövrdə ölkəmizdə gedən dəyişikliklər, inkişaf tendensiyaları ciddi elmi dəstək tələb edir: "Bu istiqamətdə qarşımızda ciddi vəzifələr dayanır".

 

Akademik R.Əliquliyev elementar zərrəciklər fizikası, kosmologiya və astrofizika sahələrində müvafiq elmi-tədqiqatların aparılmasına hərtərəfli köməyin, maliyyə dəstəyinin göstərilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını da təklif edib.

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox