Fuad Allahverdiyev: E-mübarizə mərkəzlərinin yaradılması ilə Bakı dünyanın internet xəritəsinə əlavə olunacaq
“Azərbaycandan Xəzər dənizi üzərindən Türkmənistana fiber-optik kabelin çəkilməsi həyata keçiriləcək”.
TED.az xəbər verir ki, bunu “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.
Fuad Allahverdiyev qeyd edib ki, “AzerTelecom” şirkəti hazırda Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir: “Proqram 3 mərhələdən ibarətdir. Birinci mərhələ Azərbaycan daxilində yeni infrastrukturun qurulması və xarici ölkələrdəki telekommunikasiya infrastrukturlarına inteqrasiya olunmasıdır. İkinci mərhələdə Azərbaycanın regionda ən böyük DATA Mərkəzinin inşa olunması nəzərdə tutulur. Gələcəkdə Azərbaycanda qurulacaq internet mübarizə mərkəzlərinin yaradılması ilə Bakı şəhəri də dünyanın internet xəritəsinə əlavə ediləcək. Üçüncü mərhələ isə bu infrastruktur quruculuğunun nəticəsində yaranan platforma üzərində Azərbaycanda rəqəmsal ekosistemin formalaşdırması üçün həllərin tətbiq olunmasından ibarətdir. Hazırda biz proqramın birinci hissəsinin icrasındayıq. Yeni mərkəz yaradılır. Bu mərkəz gələcəkdə internet məzmunu istehsalçılarının yerləşdirilməsi üçün nəzərdə tutulan bir məlumat mərkəzi olacaq”.
Fuad Allahverdiyev onu da əlavə edib ki, Azərbaycan Dəmir Yolları ilə birlikdə dəmir yollarının qorunan zolağı boyunca yeni fiber-optik kabellərin çəkilişi davam etdirilir: “Həmçinin Transxəzər layihəsi daxilində Azərbaycan və Asiya üzərində Xəzər dənizindən keçən fiber-optik kabel inşasını nəzərdə tuturuq. Hazırda layihənin icrasına başlanıb. Transxəzər layihəsi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Azərbaycan Xəzər dənizi üzərindən fiber-optik kabelə Qazaxıstan istiqamətində, ikinci mərhələdə isə Azərbaycandan Xəzər dənizi üzərindən Türkmənistana fiber-optik kabelin çəkilməsi həyata keçiriləcək”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Həftənin ən çox oxunanları
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













