AZ

Soyuq havada avtomobilin mühərrikini isitmək lazımdırmı? – ARAŞDIRMA

09.10.2019 14:00

Soyuq havalarda ağıllı sürücü avtomobili sürməyə başlamazdan əvvəl mühərriki istiləşdirmək üçün işə salır. Bəs bu, həqiqətən, lazımdırmı? TED.az-ın bu yazısında “Qış mövsümündə avtomobil mühərrikini istiləşdirmək lazımdırmı?”, - sualına cavab tapa bilərsiniz.

 

Mühərrikin isidilməsi və iş xüsusiyyətləri

 

Soyuq havada mühərrikin isidilməsi, mühərrik blokunun içərisində sürtkü yağının azalmasına səbəb ola bilər. Adətən, istiləşmə zamanı mühərrikin iş resurslarının azalması, güc qurğularının komponentlərində sürtkü yağının keyfiyyətinin aşağı düşməsi sayəsində baş verir.

 

Daha ətraflı desək, daxili yanma mühərrikinin işi, hava qarışığını və enjektə edilmiş yanacağı sıxan porşenlərdən istifadə edilməklə həyata keçirilir. Bu da sonradan yaranan qığılcım nəticəsində xüsusi yanma kamerasında alov yarada bilər.

 

 

Yanacağın bu cür alovlanması, demək olar ki,  mini partlayışdır. Nəticədə, mühərrikin bütün daxili hissələrini gücləndirmək üçün lazım olan enerji axır. Mühərrik soyuq olduqda, benzinin  buxarlanma ehtimalı daha az olur. Bu o deməkdir ki, soyuq havada park etdikdən sonra benzin, yanğın üçün heç bir təhlükə yaratmır.

 

Müasir mühərriklərin sistemləri

 

Müasir avtomobillərin mühərriklərinin əksəriyyətinin dizaynında, hava temperaturuna uyğun olaraq, əlavə yanacaq yeridilməsi üçün, nəzarət blokunda çoxsaylı sensorlar var. Bu o deməkdir ki, şaxtalı havada, benzinin zəif buxarlanmasına baxmayaraq, avtomatlaşdırma sayəsində mühərrik yetərincə yanacaqla təmin olunacaq. Bu, mühərrikdə temperatur 4-5 dərəcəyə çatana qədər baş verəcək.

 

Nəticə

 

Həm soyuq, həm də isinmiş mühərrikin yanma kamerasına, mühərrikin ehtiyacından daha çox yanacaq daxil olur. Mütəxəssislərin fikrincə, bu, bütün artıq qalmış yanacağın silindr divarlarına yığılmasına səbəb olur və nəticədə mühərrik yağının yuyulmasına kömək edir.

 

Benzin əla bir həlledicidir və mühərriki soyuq vəziyyətdə işə saldıqda sürtkü yağını tez yuyur. Qısa müddətli istiləşmənin mühərrikə ciddi zərər verməsi ehtimalı azdır, lakin uzun müddət "köhnə qaydada" istiləşmə baş verdikdə, bu, mühərrikin fəaliyyət müddətinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnər. Bunun əsas səbəbi, mühərrikin içərisindəki motor yağının çatışmazlığı hesab olunur.

 

Buna baxmayaraq, hissələri işlək vəziyyətə gətirmək üçün müəyyən müddət mühərrikin istilənməsinə icazə verilməlidir. Bu, bəzi istilik boşluqları olan daxili metal elementlər üçün xüsusilə doğrudur.

 

Mühərrikin qızmasına səbəb olan soyutma sisteminin elementləri

 

Soyuducu maye

 

Müasir avtomobillər qapalı tipli maye soyutma sistemi ilə təchiz edilmişdir. Antifriz və ya tosol, soyuducu olaraq istifadə olunur, bu da mühərrikdən istiliyi çıxarıb ətrafa dağıdır.

 

Soyuducu köynək

 

Mühərrikdəki ən "qaynar nöqtələr" yanacağın alovlandığı yanma kameralarıdır. Buna görə, silindr blokundakı istiliyi aradan qaldırmaq üçün, soyuducu maye özü ilə artıq istiliyi ötürür və boşluqlar yaranır.

 

Radiator

 

Bu avtomobil hissəsi antifrizin istilik mübadiləsini həyata keçirir. İsti soyuducu radiatordakı mayeni soyudaraq və hava axını vasitəsilə radiator borularından keçir.

 

Nasos

 

O, soyuducu sistemin davamlı olaraq dövran edəcəyi şəkildə hazırlanmışdır. Nasos antifrizi mühərrikdən radiatora və əksinə keçməyə məcbur edir.

 

Havalandırma sistemi

 

Avtomobil  tıxacda yavaş-yavaş hərəkət edərkən və ya hətta dayandıqda motoru sərinlətmək üçün kifayət qədər hava axını olmur. Bu vəziyyətdə havalandırma sistemi açılır, bu, radiatorun hava axınını artırır və antifrizin temperaturunu azaldır, mühərrikin həddən artıq qızmasına mane olur.

 

Termostat

 

Soyuq havada mühərrik yayda olduğundan daha uzun müddətə istiləşir. Termostat motorun istiləşməsini işləmə temperaturuna qədər sürətləndirmək üçün hazırlanmışdır. Soyuducunu müəyyən bir temperaturda açan və ya bağlayan klapandır. Mühərrikin həddən artıq istiləşməsinin ən əsas səbəbi  səhv işləyən termostatdır.

 

Buxar klapan

 

Radiatora bir buxar klapanı quraşdırılmışdır. O, soyutma sistemindəki təzyiqi tənzimləyir.

 

Avtomobil işə düşən kimi, soyutma sistemində davamlı bir maye dövranı başlayır. Bu sistemin işləmə prinsipi aşağıdakı şəkildə aydın görünür:

 

Mayenin istiliyi lazımi səviyyəyə çatana qədər, termostatdan gələn antifriz yenə kiçik bir dairədə dolaşaraq mühərrikə keçir;

Mayenin temperaturu 80-90° C-ə çatdıqdan sonra iş üçün bir radiator alınır;

Antifriz istiləşməyə davam edərsə 95-98° C səviyyəsinə çatır, onda fan açılır;

Genişləndirici klapan sayəsində, maye səviyyəsi artır və soyudulduqda ilkin nöqtəyə qayıdır;

Beləliklə, soyutma sistemi düzgün işləyərsə, mühərrik qızmır və normal rejimdə işləyir.

 

Sonda belə nəticəyə gəlmək olar ki, mühərrikin qızmasının səbəbləri antifriz çatışmazlığı, termostatın tutulması, su nasosunun işləməməsi, havalandırma sistemində problem, soyutma sisteminə yağ düşməsi ola bilər.

 

Hər bir sürücü bilməlidir ki, mühərrikin optimal temperatur rejimi  onun uzun müddətli işinin təminatçısıdır.

 

Aytəkin NƏSİROVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox