Havar Məmmədov: Universitetin AMEA ilə əməkdaşlığı innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək
“Müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnməsi tələb olunmaqdadır. Universitetdə Texnopark və İnnovasiya Mərkəzi fəaliyyət göstərir ki, burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək veririk”.
TED.az xəbər verir ki, bunu Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov deyib.
Rektor Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan BMU-nun bu sahədə müxtəlif şirkətlərlə əməkdaşlıq etdiyini nəzərə çatdırıb: “BMU tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması, dünyada mövcud qlobal problemlərin həlli istiqamətində tədqiqatların təşkili və tədris prosesinə inteqrasiyasına böyük önəm verməkdədir. BMU bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq qurumları ilə əməkdaşlıq edir. Ümidvaram ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət, aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











