PAŞA Bankın sədri: Bank xidmətlərinin rəqəmsallaşması PAŞA Bank strategiyasının əsasını təşkil edir
“Son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığının günbəgün güclənməsi daha əlamətdar olub. Məhz belə bir vaxtda Azərbaycan hökumətinin rəqəmsal transformasiya mərhələsinə daxil olması xüsusi əhəmiyyət kəsb edir”.
TED.az xəbər verir ki, bunu PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, böyük sürətlə dəyişən dünyada bütün sahələrdə olduğu kimi Bank xidmətlərinin də sürətli, çevik və daha da güvənli olması, müştərinin ən yüksək tələblərinə cavab verməsi zəruridir: “Məhz bu səbəbdən Bank xidmətlərinin rəqəmsallaşması PAŞA Bankın 2018-2020-ci il strategiyasının əsasını təşkil edir. Rəqəmsal həllərin işlənib hazırlanması yüksək texnologiyaların tətbiqi ilə yanaşı, həm də müvafiq texniki və təşkilati infrastrukturun yaradılması, bu sahədə peşəkarların yetişdirilməsi vasitəsilə mümkündür. Lakin Rəqəmsal transformasiyaya ilk addım atan bir biznes qurumu olaraq, biz ilk gündən aydın şəkildə dərk edirdik ki, bu transformasiyanı müştərilərimizdən və əməkdaşlıq etdiyimiz dövlət qurumlarından kənarda həyata keçirməyimiz mümkün deyil. Bu gün burada imzalanan Dövlət Özəl Tərəfdaşlıq memorandumu bu məqsədimizi dəstəkləyəcək çox önəmli vasitədir".
Qeyd edək ki, bu gün Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumunda ilk dəfə Dövlət və Özəl Tərəfdaşlığı memorandumu Asan İmza vasitəsi ilə onlayn imzalanıb.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













