AZ

Azərbaycanda yeni müşahidə sistemləri: Hava şəraiti ilə bağlı daha dəqiq proqnoz veriləcək – AÇIQLAMA

b6173f64763f68a0c54d210da8eb86ab.jpg
09.10.2019 17:33

“Quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək”.

 

TED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov deyib.

 

Əkbər Əsgərov bildirib ki, bu günlərdə əməkdaşlarımızdan ibarət bir qrup dopler radarlarının öyrənilməsi məqsədilə ABŞ-ın Alabama ştatında səfərdə olub: “Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən ABŞ-dan alınan bu müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Onu da qeyd edim ki, növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək”.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox