AZ

MARAQLIDIR – Əşyaların interneti nədir?

bcdc2d6326aa744b4e334bb4bd2306d4.png
09.10.2019 17:39

1990-cı ildə Massaçusets Texnologiya İnstitutunun məzunu Con Romki öz tosterini internetə qoşmaqla dünyada ilk internet əşyanı yaratdı.

 

Əşyaların İnterneti – İoT (ingiliscə İnternet of Things) məkanı isə gənc hakerlərin birləşdiyi forumda ortaya çıxdı.

 

TED.az məlumat verir ki, “Əşyaların İnterneti” internetlə təmin olunmuş, avtomatik çalışıb həyatımızı asanlaşdıran cihazların nəhəng sistemidir. Çox sadə dildə desək, “Əşyaların İnterneti” real həyatın aspektlərini (temperatur, işıq, təzyiq, insanların və ya əşyaların varlığı yaxud yoxluğu və s.) hiss edən və bu məlumatları emal edib, buna görə hərəkət edən cihazlar deməkdir. “Əşyaların İnterneti”nə mobil telefonlar, məişət avadanlıqları, insanın ürəyinə qoyulmuş kardiostimulyator, fermadakı heyvana qoşulan çip, sensorla təchiz olunmuş nəqliyyat vasitəsi, geyilə bilən cihazlardan tutmuş ağlımıza gələn hər şey daxildir.

 

“Əşyaların İnterneti” sisteminin işləyə biləcəyi bir çox sahə var. Sistemin işləyə bilməsi üçün üç şərt yerinə yetirilməlidir – vahid mərkəz yaradılması, vahid standartın istifadəsi və məlumat ötürülməsinin təhlükəsizliyin təmin edilməsi.

 

Vahid “IoT” mərkəzinin yaradılması proqramların ötürülməsində insan işinə gərək qalmayacaq. Ağıllı insanı şəbəkə daxilində əmrləri cihazlar arasında yayan ondan da ağıllı cihaz əvəz edəcək .

 

“Əşyaların İnterneti” sisteminin məlumat mübadiləsi bir dildə aparılır. Hər bir şirkət istər Apple, istər Google, istərsə də Microsoft, sistem alqoritmlərini ayrıca inkişaf etdirir. Buna görə də gələcəkdə ümumi intenet sisteminin böyüyəcəyi və həyatımızın mühüm bir hissəsinə çeviriləcəyi ehtimal edilir. Layihə qloballaşaraq dələduzların məqsədinə çevirilə bilər, bu səbəblə də məlumat ötürülməsi tamamilə təhlükəsiz rejimdə keçirilməli və şəbəkəni hakerlər tərəfindən pozulmasından qorunmalıdır. Əks təqdirdə, haker cinayət məqsədi ilə sistemin sahibi haqqında istifadə edə biləcəyi bütün məlumatları alacaq.

 

Məlumat üçün bildirək ki, “Əşyaların İnterneti” ilə bağlı məsələ ölkəmizdən də yan keçməyib. Azərbaycanda “Əşyaların İnterneti” sisteminin inkişafı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan “İKT Lab” tətbiq və tədris mərkəzi məşğuldur. Yəqin ki, yaxın gələcəkdə ölkəmizdə də “bizim əvəzimizə düşünən” çoxlu sayda dostlarımız - əşyalarımız yaranacaq.

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox