AZ

İnnovativ texnologiya ilə ən az su işlədən hotellər mükafatlandırılacaq

f18d58685a22375b4edcb33a3954919a.jpg
09.10.2019 17:57

İlin sonunadək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər mükafatlandırılacaq.

 

TED.az xəbər verir ki, bu haqda Azərbaycan Hotellər Assosiasiyası ilə BMT-nin İnkişaf Proqramının və Qlobal Ekologiya Fondunun Kür II Proqramı arasında əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə deyilib.

 

 

Məlumatda “H2Otel Suya Qənaət Mükafatları” adlı layihənin təlim və məlumatlandırma tədbirində ən az su sərfiyyatına nail olmuş hotellərə dekabrın 4-də baş tutacaq Azərbaycan Hotellər Assosiasiyasının 2-ci Baş Assambleyasında mükafat və sertifikatların təqdim olunacağı diqqətə çatdırılıb.

 

 

Təlim zamanı, həmçinin hotel sektorunda suyun mühafizəsinə və suya qənaətə dair tövsiyələr verilib. Bu yöndə aparılmalı işlərdən, eyni zamanda hotellərdə suya qənaət üçün istifadə oluna biləcək texniki vasitələrdən bəhs edilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox