AZ

Oracle-a həvəsi olanlar üçün əla fürsət – dünyanın məşhur mütəxəssisləri ilə görüş keçiriləcək

a03d477049c64701358edfa9256f8a16.jpg
09.10.2019 18:19

Bazar günü – oktyabrın 13-də dünyanın 5 ən məşhur Maşın öyrənməsi üzrə mütəxəssisləri ilə görüş keçiriləcək. Məlumat üçün bildirək ki, Maşın öyrənilməsi verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan süni intellektin bir sahəsidir.

 

TED.az xəbər verir ki, təlim saat 09:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.

 

Azərbaycan “Oracle EMEA Groundbreaker” turunda iştirak etdiyinə görə, bu mütəxəssislər Amerika, Braziliya, Finlandiya, İsveçrə və Tacikistandan Bakıya gəlib öz təcrübələrini paylaşacaqlar. Onlardan biri, “Oracle” şirkətinin “Autonomous Database və Machine Learning” departamentinin rəhbəri Sandeş Raodur.

 

Təlimin mövzuları:

  • Sandesh Rao (VP Cloud Diagnosability and RAC Assurance at Oracle)
  • Introduction to Machine Learning – From DBA’s to Data Scientists
  • The Machine Learning behind Autonomous Database
  • Heli Helskyaho (CEO at Miracle Finland Oy)
  • Machine Learning explained with Examples An Autonomous Database
  • Ludovico Caldara (Computing Engineer at CERN)
  • Oracle Drivers configuration for High Availability, is it a developer’s job?
  • Rodrigo Mufalani (Principal Database Architect chez eProseed)
  • Patching like hero

 

Qeyd edək ki, tədbirə giriş ödənişsizdir.

 

Fatimə ZÜLFİQAR

Elm bölməsindən digər xəbərlər

Daha çox