UNEC-də əmək haqları artırıldı
UNEC-də 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib.
TED.az xəbər verir ki, iclasda UNEC-in İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edib.
Rektor UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşların əmək haqlarının isə orta hesabla 30% artırılması barədə təkliflə çıxış edib.
Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat, dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Xüsusilə qeyd etmək lazımdır ki, göstərilən dövr ərzində professorların əmək haqqı 2,1 dəfə artmışdır.
UNEC-də yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, İslam Maliyyə Mərkəzi və Çin İqtisadiyyatı Tədqiqat Mərkəzi yaradılıb.
Elm bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











