AZ

Terminologiya Komissiyasının sədri sosial şəbəkələrlə bağlı xəbərdarlıq etdi – Komissiya müzakirələrdən niyə qaçır?

67d868f4661eadd23ed547af0960fbcf.jpg
10.10.2019 10:09

“Terminoloji məsələlərlə bağlı məlumatların Terminologiya Komissiyası ilə birgə müzakirə edilmədən öncə mətbuata və sosial şəbəkələrə ötürülməsi mənfi nəticələr verə bilər”.

 

TED.az-ın məlumatına görə, bu sözləri Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin sədri Əhliman Əmiraslanov deyib.

 

Alim terminologiya ilə bağlı bütün problemlərin geniş şəkildə müzakirəyə çıxarılması və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə elmi əsaslı qərarların qəbul edilməsinin vacibliyinə də diqqət çəkib.

 

Ə.Əmiraslanov elmin terminoloji problemləri ilə məşğul olmaq məqsədilə elmi-tədqiqat institutlarında ciddi işlərin aparılmasının məqsədəuyğun olduğunu da vurğulayıb.

 

Sədr müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox