AZ

Eduexpo üçün xüsusi marşrutlar təşkil olunub – Avtobusların hərəkət sxemi ilə tanış olun!

ddd9c34891cfcb1c9e60ed1fbec91d4c.jpg
10.10.2019 10:17

Ölkədə və regionda təhsil sahəsinə həsr olunan, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətləri bir araya gətirən irimiqyaslı beynəlxalq tədbir – 13-cü Azərbaycan Beynəlxalq təhsil sərgisi bu gündən artıq start götürüb.

 

TED.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşən "Bakı Ekspo" Sərgi və Toplantı mərkəzinə sərgi ziyarətçiləri üçün pulsuz avtobuslar təşkil olunub.

 

Qeyd edək ki marşrutlar əks istiqamət də daxil olmaqla "Koroğlu" metro stansiyasından Bakı Ekspo Mərkəzinə 30 dəqiqəlik intervalla hərəkət edəcək.

 

12 Oktyabra qədər davam edəcək sərgiyə iştirakçılar, həmçinin "Koroğlu" metro stansiyasından 136, 160, 171 saylı marşrutlar olmaqla şəhər nəqliyyatından istifadə edərək gedə bilərlər.

 

Daha ətraflı məlumat üçün LİNKƏ daxil ola bilərsiniz.

 

Gunel QURBANOVA

Elm bölməsindən digər xəbərlər

Daha çox