AZ

Bu ali məktəbdə İnformasiya təhlükəsizliyi ilin ixtisası seçildi

9516f27bb5e58faa2091943adcb7a2e5.jpg
10.10.2019 10:28

“İnformasiya təhlükəsizliyi” Bakı Ali Neft Məktəbində (BANM) ən yüksək keçid balı ilə “İlin ixtisası” elan olunub.

 

Bu barədə TED.az-a BANM-dan məlumat verilib.

 

Məlumatda deyilir ki, Ali Məktəbə qəbul olunan Prezident təqaüdçüləri ixtisas seçimində daha çox “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər.

 

Qeyd edək ki, bu il BANM-mı seçən Prezident təqaüdçülərinin sayı 23 nəfərdir. Onlardan 9-u qız, 14-ü oğlandır.

 

Əlavə məlumat üçün deyək ki, respublika üzrə də ən yüksək keçid balı sözügedən ixtisas olub.  

 

Cavid QƏDİR

Elm bölməsindən digər xəbərlər

Daha çox