Honor 8X: qiyməti və özəllikləri
TED.az “TEDfon” rubrikasında hər gün bir sevilən telefon markasının rəsmi dilerlərdə təklif olunan qiymətlərini, eləcə də kredit və endirim şərtlərini araşdırır:
Növbəti model Honor 8X telefonudur:
Honor 8X smartfonu çərçivəsiz FullView ekranı, müasir dizaynı, dayanıqlı batareyası, 20 Mp arxa, 13 Mp ön kamerası ilə istifadəçilərə rahat və zövqlü təcrübə yaşadır.
Bu model müasir və eleqant görünüşlü yeni smartfon axtaranlar üçün əla seçim ola bilər. Son dərəcə incə və estetik görünüşə malik telefon, həmçinin güclü texniki tərəfləri və innovativ yenilikləri ilə də diqqət cəlb edir. 8 nüvəli prosessor və 4 GB operativ yaddaşla istədiyiniz oyun və tətbiqləri rahatlıqla istifadə edə biləcəksiniz. 64 GB daxili yaddaş isə telefonunuzda istədiyiniz qədər şəkil, video və digər multimedia fayllarını rahatlıqla saxlamağa imkan verəcək.
Android əməliyyat sisteminə sahib telefon Android 8.1 (Oreo) versiyası ilə çalışır.
1080х2340 pikselə sahib cihazda 3G, 4G, GPS texnologiyası da mövcuddur.
İki sim karta, 3750 mAh. batareyaya sahib mobil cihazın ağırlığı 175 qr, ölçüsü isə 160.4x76.6x7.8 mm-dir.
Telefon Kontakt Home mağazlar şəbəkəsində 1 il zəmanətlə 549,99 manata təklif olunur.
Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə isə müəyyən faiz hesablanır, rəsmiləşdirmə işləri üçün 5-7 faiz xidmət haqqı tutulur.
Mağazanın saytında o da qeyd edilib ki, məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.
Bu model üzrə endirim yoxdur.
Sözügedən telefon Baku Electronics-də də eyni qiymətə, 549 manata nəğd şəkildə təklif olunur.
Şirkət bu modeli 12 aylıq kreditlə də təklif edir. Bu zaman telefon alıcıya 612 manata başa gəlir.
Telefon İrşad Elektronics mağazalarında da 549 manata satılır. Qeyd edək ki, bu qiymət endirimli şəkildədir. Çünki mağazanın saytında əvvəlki qiymət kimi, 599 manat göstərilib.
Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hansısa faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 647,82 AZN-ə başa gəlir.
Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya haqqı tələb oluna biləcəyi də qeyd olunub.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











