AZ

Bugatti rekordu xüsusi şinlərlə qırdı – Ehtiyatı əldən verməyən Michelin yüksək sürətin öldürmədiyini iddia edir

42c344954a308390d9d01943fda180ba.jpeg
10.10.2019 12:25

Yüksək sürətə çatmaq üçün xüsusi avadanlıqlardan istifadə etməyiniz lazım olur. Bu işdə ən yaxın köməkçimiz avtomobillərdi...

 

TED.az-ın məlumatına görə, sürtünmə səbəbilə şinlərin yanmağını istəməyən Bugatti sürət rekordu sınağında xüsusi şinlərdən istifadə edib.

 

Yüksək sürət öldürür – Buna rəğmən yenə də sürətli olmaq istəyirsinizsə, gərək ki, ehtiyatı əldən verməyəsiniz!

 

Sürət rekordu qırmağı planlaşdırırsınızsa, heç nəyi şansa buraxmamalısınız. Bu səbəbdən Bugatti və Michelin mühəndisləri rekorda imza atdılar – sürət modifikasiyalı Chiron ilə 490 km/saat-a çatdırıldı.

 

 

Mchelin-in inkişaf mühəndisi Benjamin Vilpert “Təhlükəsizlik Michelin-in DNT-sinin böyük hissəsidir”, - deyə açıqlama verib. Elə bu məqsədlə də şirkət 490 km/saat sürətə tab gətirə biləcək şinlər istehsal etdi.

 

Şinlər xüsusi olaraq modifikasiyalı versiya üçün istehsal edilməyib. Standart istehsal olan Chiron-da da eyni təkərlərdən istifadə edilir.

 

Eyni material, fərqli şin quruluşu...

 

Vilpert açıqlamasında bildirib ki, vacib olan şey mərkəzdənqaçma qüvvəsi səbəbilə şinlərin həddindən artıq isinib parçalanmağının qarşısını almaqdır. Şinlərə düşən yük təxminən yeddi ton olur.

 

Yeni təkər hazırlamaq üçün laboratoriyaya getməyən Michelin mövcud Chiron Pilot Cup 2 təkərlərini struktur olaraq gücləndirmək yolunu seçdi -  dizaynda təkər üzərində işləyən hər bir qüvvə yenidən nəzərdən keçirilməli idi. Yeni təkər firmanın Şimali Karolinadakı təyyarə sınaq mərkəzində test edilib.

 

Şinlər burada 506 km/saat-a qədər sürətlə sınaqdan keçirildi. Nəticədə şinlər deformasiyaya uğramadığı üçün Michelin mühəndisləri əmin oldu ki, bu istiqamətdə işləri daha da dərinləşdirmək olar – Görəsən, nə qədər?

 

Digər tərəfdən, modifikasiyalı nəqliyyat vasitəsinin başqa bir xüsusiyyəti, sıfır downforce-a sahib olmasıdır. Downforce, avtomobili yola yapıştıran qüvvədir və sürətlə tərs mütənasibdir. 0 downforce sürətlənmə üçün idealdır, lakin yüksək sürətli Bugatti Chiron, davamlı olaraq avtomobili ikiyə bölməyə çalışan 2 tonluq bir təzyiqin olduğunu göstərir.

 

 

Rekord cəhdində avtomobilin sürücüsü Andy Wallace, bu vəziyyətə işarə edərək, ən vacib nüasını avtomobili parçalanmayacaq şəkildə istehsal etmək olduğunu söyləyib. Təcrübəli pilot bildirib ki, müəyyən bir nöqtədən sonra sürətin 10%-lik artımı da avtomobilin hərəkətini çox fərqli hala gətirə bilər.

 

 

Qeyd edək ki, Wallace sınaq yürüşündə sürəti 490,4 km/saat-a çatdıra bilib – yürüşün keçirildiyi yol təxminən 5 saat təmizlənərək ideal vəziyyətə gətirilib.

 

İntiqam ƏHMƏDOV

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox