Bugatti rekordu xüsusi şinlərlə qırdı – Ehtiyatı əldən verməyən Michelin yüksək sürətin öldürmədiyini iddia edir
Yüksək sürətə çatmaq üçün xüsusi avadanlıqlardan istifadə etməyiniz lazım olur. Bu işdə ən yaxın köməkçimiz avtomobillərdi...
TED.az-ın məlumatına görə, sürtünmə səbəbilə şinlərin yanmağını istəməyən Bugatti sürət rekordu sınağında xüsusi şinlərdən istifadə edib.
Yüksək sürət öldürür – Buna rəğmən yenə də sürətli olmaq istəyirsinizsə, gərək ki, ehtiyatı əldən verməyəsiniz!
Sürət rekordu qırmağı planlaşdırırsınızsa, heç nəyi şansa buraxmamalısınız. Bu səbəbdən Bugatti və Michelin mühəndisləri rekorda imza atdılar – sürət modifikasiyalı Chiron ilə 490 km/saat-a çatdırıldı.
Mchelin-in inkişaf mühəndisi Benjamin Vilpert “Təhlükəsizlik Michelin-in DNT-sinin böyük hissəsidir”, - deyə açıqlama verib. Elə bu məqsədlə də şirkət 490 km/saat sürətə tab gətirə biləcək şinlər istehsal etdi.
Şinlər xüsusi olaraq modifikasiyalı versiya üçün istehsal edilməyib. Standart istehsal olan Chiron-da da eyni təkərlərdən istifadə edilir.
Eyni material, fərqli şin quruluşu...
Vilpert açıqlamasında bildirib ki, vacib olan şey mərkəzdənqaçma qüvvəsi səbəbilə şinlərin həddindən artıq isinib parçalanmağının qarşısını almaqdır. Şinlərə düşən yük təxminən yeddi ton olur.
Yeni təkər hazırlamaq üçün laboratoriyaya getməyən Michelin mövcud Chiron Pilot Cup 2 təkərlərini struktur olaraq gücləndirmək yolunu seçdi - dizaynda təkər üzərində işləyən hər bir qüvvə yenidən nəzərdən keçirilməli idi. Yeni təkər firmanın Şimali Karolinadakı təyyarə sınaq mərkəzində test edilib.
Şinlər burada 506 km/saat-a qədər sürətlə sınaqdan keçirildi. Nəticədə şinlər deformasiyaya uğramadığı üçün Michelin mühəndisləri əmin oldu ki, bu istiqamətdə işləri daha da dərinləşdirmək olar – Görəsən, nə qədər?
Digər tərəfdən, modifikasiyalı nəqliyyat vasitəsinin başqa bir xüsusiyyəti, sıfır downforce-a sahib olmasıdır. Downforce, avtomobili yola yapıştıran qüvvədir və sürətlə tərs mütənasibdir. 0 downforce sürətlənmə üçün idealdır, lakin yüksək sürətli Bugatti Chiron, davamlı olaraq avtomobili ikiyə bölməyə çalışan 2 tonluq bir təzyiqin olduğunu göstərir.
Rekord cəhdində avtomobilin sürücüsü Andy Wallace, bu vəziyyətə işarə edərək, ən vacib nüasını avtomobili parçalanmayacaq şəkildə istehsal etmək olduğunu söyləyib. Təcrübəli pilot bildirib ki, müəyyən bir nöqtədən sonra sürətin 10%-lik artımı da avtomobilin hərəkətini çox fərqli hala gətirə bilər.
Qeyd edək ki, Wallace sınaq yürüşündə sürəti 490,4 km/saat-a çatdıra bilib – yürüşün keçirildiyi yol təxminən 5 saat təmizlənərək ideal vəziyyətə gətirilib.
İntiqam ƏHMƏDOV
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
