Xanımlar üçün regional İKT layihəsi hazırlanır – AÇIQLAMA
“İKT LAB olaraq xanımlar üçün 2020-ci ildə böyük bir İKT layihəsi hazırlayırıq. Hazırda layihə üzərində işlər aparılır. Sözügedən layihə regional şəkildə aparılacaq. 18 yaşdan yuxarı xanımlar İKT layihəsinə qoşulacaqlar. 2020-ci ildə reallaşacaq layihənin böyük maraq doğuracağına əminik”.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) baş mütəxəssisi Zakir İbrahimov 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində TED.az-a açıqlamasında deyib.
Zakir İbrahimov bildirib ki, sərgidə NRYTN tərəfindən əşyaların interneti laboratoriyası nümayiş etdirilir: "Qeyd edim ki, əşyaların interneti Azərbaycanda bu formatda yeganə laboratoriyadır. "Microsoft" şirkəti ilə imzalanmış memorandum əsasında çalışırıq. Layihəmiz Bakutell sərgisində daha geniş nümayiş olunacaq. Bugünkü sərgidə isə şagird və tələbələri sözügedən layihədə iştirak etməyə qoşmaq istəyirik. Belə ki, bəzi startaplar əşyaların interneti laboratoriyasında prototip olaraq hazırlana bilər".
Z.İbrahimov qeyd edib ki, tələbələr layihəyə böyük maraq göstərir: "Onların proqramlaşdırma və ya texniki fənlərdən baza bilikləri mütləq olmalıdır ki, bu kimi layihələrdə iştirak edə bilsinlər. İKT LAB-ın təlim mərkəzi şəbəkə inzibatçılığı təlimlərini, "Microsoft"la əməkdaşlığımız olduğu üçün sistem inzibatçılığı və digər İKT təlimləri keçirilir. Təlimlərimiz daha çox tələbələrə yönəlib. Hal-hazırda Bakı Mühəndislik Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq edirik. Adlarını çəkdiyim universitetlərin tələbələri İKT LAB-da praktika keçirlər və təlimlərə qoşulurlar. İKT LAB Azərbaycanda yeganə distant təlim mərkəzidir. Bakıdan başqa, 18 regionda filiallarımız var. Bu filiallarda məktəblilər üçün İKT, Microsoft proqramları ödənişsiz şəkildə keçirilib”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
"İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


