AZ

Kupon ilə balansı artır – otk.az-dan orta məktəb şagirdlərinə 5 AZN hədiyyə

af93b8951dcd79077c1facfe4a803041.jpg
14.10.2019 18:37

Dövlət İmtahan Mərkəzi və otk.az portalı orta məktəb şagirdlərinə dəstək olaraq yeni sosial layihəyə start verir. TED.az xəbər verir ki, sistemə daxil olduqdan sonra təqdim olunan kupon üzərindəki 15 rəqəmli kodu otk.az portalında "Kupon ilə balansı artır" menyusuna daxil etdikdə portaldakı balansınıza 5 azn yüklənəcək. Bu vəsaitlə portaldakı istənilən imtahana yazılıb istifadə edə bilərsiniz.

 

14 oktyabr tarixindən kuponları Dövlət İmtahan Mərkəzinin Batamdar və Asiya universitetlərində yerləşən satış nöqtələrindən, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Şəmkir, Şirvan, Naxçıvan, Bərdə regional bölmələrindən ödənişsiz əldə edə bilərsiniz. otk.az portalında qeydiyyatdan keçmiş hər bir istifadəçi yalnız 1 kupondan istifadə edə bilər. Kuponları 31 oktyabradək portaldakı balansınıza yükləyə bilərsiniz.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox