Xiaomi Redmi Note 8: qiyməti və özəllikləri
Mobil telefon bazarlarında son zamanlar Çin şirkətlərinin payı getdikcə artır. Bu artımda güclənərək qloballaşan Çin iqtisadiyyatı qədər qədim asiyalıların təqdim etdiyi füsunkar smartfon modellərinin də payı var. Bazar genişlənməsi prosesində 48 Mp-lik kamerası ilə necə deyərlər, “fotoaparatı aratmayan” Xiaomi Redmi Note 8 modeli xüsusi çəkiyə sahibdir. Biz də TED.az olaraq, “TEDfon” rubrikasında bu dəfə Xiaomi Redmi Note 8-i sizə təqdim edirik:
Xiaomi Redmi Note 8
Android əməliyyat sisteminə sahib telefon Android 9.0 (Pie) versiyası ilə çalışır.
2340x1080 pikselə sahib cihazın əsas kamerası 48 Mp, ön kamerası 13 Mp ölçüyə malikdir.
Mobil telefonun operativ yaddaşı 4, daxili yaddaşı isə 64 GB-dır.
Octa-core (4x2.0 GHz & 4x1.8 GHz) prosessoru ilə təchiz olunub.
Barmaq izi oxucu, 3G, 4G, GPS texnologiyası da mövcuddur.
İki sim karta, 4000 mAs batareyaya sahib mobil cihazın ağırlığı 190 qr, ölçüsü isə 158.3x75.3x8.4 mm-dir.
Telefon Kontakt Home mağazlar şəbəkəsində 489,99 manata təklif olunur.
Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə isə müəyyən faiz hesablanır.
Əlavə olaraq kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-7 faiz xidmət haqqı tutulur.
Bu model üzrə endirim yoxdur.
Sözügedən telefon Optimal Electronics-in saytında 489 manata təklif olunur. Üstəlik, Birkart istifadəçiləri smartfonu 18 ayadək faizsiz kreditlə əldə edə bilərlər.
İrşad Elektronics-in saytında isə telefonun yalnız qara rəngli versiyası mövcuddur. Bu telefon müştərilərə 489 manata təklif edilir.
Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 577,02 manata başa gəlir.
Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya haqqı tələb oluna biləcəyi də qeyd olunub.
Baku Electronics-in saytında sözügedən telefon yoxdur.
Music Galery mağazalar şəbəkəsinin saytında da, həmçinin bu telefon təklif olunmur.
World Telecom-da da bu telefon 489 manata satılır. Bİrkart istifadəçiləri 12 aylıq faizsiz kreditdən yararlana bilərlər.
Digər müştərilər isə smartfona 244,5 manat ilkin ödəniş etməklə 6 aylıq faizsiz kreditlə sahib ola bilərlər. 12 aylıq, ilkin ödənişsiz kredit imkanından yararlanmaq istəyənlərsə, telefona 552 manat ödəməli olacaqlar.
Sözügedən mağazada məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. Bundan başqa, iş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş lazım gələ bilər.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Həftənin ən çox oxunanları
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






