AZ

Portuqaliya Hərbi Dəniz Qüvvələri uşaq oyuncaqlarını silahlara çevirir

28354dc2834dc9c3deb0b6b4cfc5a134.jpg
15.10.2019 18:40

Ölümcül oyuncaqlar dünyaya səs-küy saldı

 

NATO tədbiri zamanı Portuqaliya Hərbi Dəniz Qüvvələri bir neçə robot və pilotsuz sistemlərini təqdim edib.

 

TED.az xəbər verir ki, təqdim olunan modellər arasında qumbaraatan sistemlərini quraşdırmaq üçün yığılmış oyuncaq maşınları olub.

 

Məlum olub ki, 2017-ci ildən bəri Portuqaliya silahlı qüvvələrində Hərbi Dəniz Qüvvələri üçün müxtəlif qurğuları istehsal edən xüsusi bir CEOV bölməsi mövcuddur. Bu layihəni həyata keçirən komanda 12 hərbçidən ibarətdir.

 

CEOV komandasına leytenant Tyaqo Mendes rəhbərlik edir. Leytenantın sözlərinə görə, Hərbi Dəniz Qüvvələrində yeni texnologiyaların tətbiqi çox ləng gedir. Buna görə, hər bir dənizçinin cibindəki adi smartfon, xidmət etdikləri gəmininin sistemindən daha çox hesablama gücünə sahib olduğu ortaya çıxır.

 

Bu səbəbdən də portuqallar düşmənlərin gözündə geridəqalmış və zəif görünə bilərlər.

 

CEOV-un məqsədi, düşmənin hərbi məqsədlər üçün hazır texnologiyalardan istifadə etmək bacarığını tapmaq və əvvəlcədən onlara qarşı mübarizə vasitələrini müəyyən etməkdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox