AZ

Çin buzqıran gəmi istehsal etdi – Qar əjdahası 2

7fc87451fd3c69c9bb88b7c11d044f5b.jpg
16.10.2019 09:45

Çin ilk dəfə buzqıran gəmi istehsal edib – 36-cı Antarktika səfərinə yollanır

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, "Xue Long 2" (Qar əjdahası 2) adı verilən gəmi Antarktikaya elmi araşdırma səfəri üçün dənizə açılıb.

 

413 nəfərlə ölkənin cənubundakı Şıncın limanından hərəkət edən gəmi Çinin şimal-şərqdəki Şanqay limanına qədər irəliləyəcək və 22 oktyabr tarixində buradan Sakit okeana doğru yol alacaq.

 

Gəmi heyəti Çinin Antarktikadakı Conqşan araşdırma stansiyasına çatdıqdan sonra qitənin qərbindəki Ross dənizi və Amundsen dənizində araşdırmalar aparacaq. Daha sonra qitənin şimal-şərqindəki Böyük Çin Səddi araşdırma stansiyasına üzəcək gəmi heyəti Kosmonavtlar dənizində tədqiqatlarını davam etdirəcək.

 

Gəminin 2020-ci ilin mart ayında Çinə qayıdacağı planlaşdırılıb.

 

Qeyd edək ki, layihəsi Finlandiyanın “Aker Arctic” firmasına məxsus olan "Xue Long 2" Çinin qərbindəki Cianqnan limanında hazırlanıb.

 

Çinin 1993-cü ildən bəri istismar etdiyi "Xue Long” (Qar əjdahası) buzqıran gəmisi isə Ukraynada istehsal edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox