AZ

Kompüter mühəndisliyi ixtisası üzrə 512 gənc bu il tələbə adını qazanıb – AÇIQLAMA

941518f947585c086f429e50815794f4.jpeg
17.10.2019 10:17

“2019-2020-ci tədris illərində Azərbaycanın ali təhsil müəssisələrinin Kompüter mühəndisliyi ixtisasına 512, Sistem mühəndisliyi ixtisasına isə 186 nəfər abituriyent qəbul olunub”.

 

Bunu TED.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsindən bildiriblər.

 

Şöbədən qeyd ediblər ki, 2019-2020-ci tədris illərində Kompüter mühəndisliyi ixtisası üçün 634, Sistem mühəndisliyi ixtisasına isə 195 plan yeri ayrılıb: “Kompüter mühəndisliyi ixtisası üzrə təhsil almaq üçün 4745, Sistem mühəndisliyi ixtisasına isə 2374 ərizə qəbul edilib”.

 

Zeynəb ƏKBƏR

Elm bölməsindən digər xəbərlər

Daha çox