AZ

Növbəti UniTalks seminarı keçiriləcək – Dizaynda insan psixologiyası

d4d52d687f8ea59ed8bb2afd0ecfb0c6.png
18.10.2019 10:53

Sabah Bakı Mühəndislik Universitetində (BMU) növbəti UniTalks seminarı keçiriləcək.

 

BMU İnnovasiya Mərkəzinin rəhbəri Elçin Yusubovun TED.az-a verdiyi məlumata görə, bu dəfəki təlim “Dizaynda insan psixologiyası” mövzusuna həsr olunub.

 

Tədbirə təlimçi kimi UX (User Experience) dizayner Aqşin Rəcəbov dəvət edilib.

 

Dizaynda İnsan Psixologiyası təlimində dizaynları və insanları birləşdirən User Experience-in (İstifadəçi təcrübəsi) haqqında danışılacaq.

 

Bildirilib ki, müasir dövrdə texnika inkişaf etdikcə insanların iş anlayışları dəyişməyə başlayır. Yeni peşələr ortaya çıxır və bütün diqqət bu ixtisaslara yönəlir. Ölkəmizdə yeni yaranan ancaq inkişafı sürətlə davam edən sahələri bilən insanların sayı isə çox azdır. Bu sahələrin öyrənilməsi gəncləri gələcəyin ən çox tələb olunan ixtisaslarını dərindən bilən və gəliri yüksək peşə sahiblərinə çevirir.

 

Gənclər bu cür təlimlərə qatılmaqla peşəyönümlü biliklərini artıracaq, gələcəkdə öz biznesini daha peşəkar səviyyədə qurmaq imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, A.Rəcəbovun “Dizaynda insan psixologiyası” mövzusunda keçəcəyi təlim saat 13:00-da başlayacaq.

 

Təlimə qatılmaq üçün ödəniş tələb edilmir.

 

Qeydiyyat haqda məlumat əldə etmək üçün bu LİNKƏ daxil olmaq lazımdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox