Həmyerlimiz növbəti dəfə Microsoft Certified Trainer kimi təsdiqləndi
Azərbaycanlı İT mütəxəssisi, təlimçi Fərhad Kərimov 7-ci dəfə Microsoft Certified Trainer (MCT) kimi təsdiqlənib.
Bununla bağlı TED.az açıqlama verən Fərhad Kərimov bildirib ki, bu sertifikata sahib şəxs avtomatik olaraq beynəlxalq təlimçi kimi tanınır: “Microsoft Certified Trainer sertifikatı istənilən bir ölkədə Microsoft şirkətinin təsdiqlədiyi, proqramını hazırladığı təlimləri rəsmi təlimçi kimi keçmə hüququ verilir. Artıq 7-ci ildir ki, sözügedən sertifikatla beynəlxalq təlimçi kimi təsdiqlənirəm. Qeyd edim ki, sözügedən sertifikat Azərbaycanda bir neçə şəxsdə var”.
Fərhad Kərimov qeyd edib ki, ilk dəfə Microsoft Certified Trainer (MCT) təlimçisi statusunu almaq üçün Türkiyədə imtahan verib: “İmtahan təlim xarakterli keçdi. Namizdələr təlimçi kimi həm texniki, həm də psixoloji olaraq sınaqdan keçirildi. Keçdiyimiz təlimlər izlənildi. Sonra bütün bu proseslər video görüntü şəkildə Microsoft şirkətinə göndərildi. Şirkətdən müsbət rəy aldıqdan sonra isə namizədlərə Microsoft Certified Trainer statusu verildi. Hər il keçdiyimiz təlimləri və beynəlxalq sertifikatları toplayıb Microsoft şirkətinə göndəririk və şirkət namizdəliyimizə yenidən baxıb beynəlxalq təlimçi kimi bizi təsdiqləyir”.
Microsoft Certified Trainer olmağın bir sıra üstünlükləri var, deyə Fərhad Kərimov vurğuladı: “Təlimçi dərsləri sözügedən şirkətin proqramına uyğun olaraq tədris edir. Microsoft şirkətinin metodologiyasını tətbiq edir. Şirkət haqqında ən son yenilikləri ilk olaraq təlimçilər əldə edir. Xarici ölkələrdə təlim keçmək üçün bir neçə təklif almışam. Xarici şirkətlər onlayn təlim keçməyim üçün təkliflər ediblər. Sadəcə olaraq zaman azlığından və ya ölkə daxilində keçdiyim təlimlərlə onların dediyi vaxt üst-üstə düşdüyündən razılaşmamışam. Təlimlərimi əsasən Azərbaycanda keçirəm”.
Qeyd edək ki, Fərhad Kərimov Dövlət Neft Fondunun İnformasiya Texnologiyaları Əməliyyatları şöbəsinin müdiri, Educators.Pro IT Təlim və IT Xidmətlər mərkəzinin rəhbəridir.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











