AZ

Ramin Quluzadə: Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir

dac72588837226cca4c3b2ccbbc1c38e.jpg
18.10.2019 18:28

“Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”.

 

TED.az xəbər verir ki, bunu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə "İ2B - İdeyadan Biznesə" layihəsinin Heydər Əliyev Mərkəzində təşkil olunan Bakı və regional finalçıları arasında 2019-cu il üzrə qaliblərin müəyyən edilməsi mərasimində deyib.

 

Ramin Quluzadə bildirib ki, bu ildə iki mindən çox startapçı layihəyə qoşulub: "Bu, layihənin gənclər arasında böyük marağa səbəb olduğunu və uğurla həyata keçirildiyini göstərir".

 

"Milli finalda iştirak edən komandalar dekabrda keçiriləcək Bakutel sərgisində öz biznes ideyalarını nümayiş etdirmək üçün şərait yaradılacaq", - deyə nazir əlavə edib. 

 

Şamaxıda təşkil edilmiş “İnnocamp – innovasiya yay düşərgəsi”ndə startapçılar üçün yaradılan imkanlardan danışan nazir belə tədbirlərin ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox