AZ

İnnovasiyalar Agentliyindən i2B-də iştirak edən bütün startaplara dəstək

18.10.2019 21:41

""İ2B-İdeyadan biznesə" layihəsində iştirak edən bütün startapçıları İnnovasiyalar Agentliyinin xidmətlərindən istifadə etməyə dəvət edirik".

 

TED.az xəbər verir ki, bunu "İ2B-İdeyadan Biznesə" layihəsinin final mərhələsində İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli deyib.

 

Tural Kərimli bildirib ki, İnnovasiyalar Agentliyi startapçılar üçün 7 gün 24 saat açıqdır: "Təqdimatdan da göründüyü kimi hər bir startap layihəsi böyük diqqət cəlb etdi. Maraqlı təqdimatlar aparıldı. İnnovasiya Agentliyi olaraq biz "Heltwith" startap layihəsini seçərək, sözügedən layihəyə dəstək göstərəcəyik".

 

Qeyd edək ki, sözügedən startap layihəsi "İ2B-İdeyadan Biznesə" layihəsinin 2019-cu il üzrə qalibi seçilib.

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox