AZ

Azərbaycanlı hakerlər Paşinyanın rəsmi saytını dağıtdılar - Qarabağ Azərbaycandır!

ea97554236aca9e0c3ccd53158528c38.jpg
18.10.2019 21:53

Bu gün azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi internet saytına qarşı kiberhücum həyata keçirib.

 

TED.az xəbər verir ki, hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada reallaşan "Valday 2019" forumundakı çıxışının video-fraqmenti əlavə olunub.

 

Kiberhücum əməliyyatını "Ferid23" və "LozariuS" kod adlı hakerlər həyata keçiriblər.

 

"Anti-armenia Team" bundan sonra da virtual məkanda Azərbaycanın milli maraqlarının, milli mənafeyinin qorunması istiqamətində fəaliyyətinə davam edəcək", - deyə qrupun Feysbuk səhifəsində qeyd edilib.

 

Ceyhun ABASOV

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox