Rasim Əliquliyev: Real zamanda fəaliyyət göstərən kriminalist robotlar hazırlanmalıdır
“Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlər görülür”.
TED.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.
Alim internet-kriminalistika, kibercinayətkarlıqla mübarizə işinin təşkili, kibertəhlükəsizliyin çoxaspektli problemlərinin həlli, informasiya təhlükəsizliyi kimi sahələrin institutun prioritet istiqamətlərindən olduğunu bildirib.
İnternet-kriminalistikanın aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirən vitse-prezident, ölkəmizin milli təhlükəsizlik tələblərinə əsasən, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb.
R.Əliquliyev elektron dövlətin əsasının qoyulmasında xüsusi xidmətləri olan akademik Cahangir Kərimov irsinin dərindən araşdırılmasına ehtiyac olduğunu da dilə gətirib.
Alimin sözlərinə görə, real zamanda fəaliyyət göstərən, kriminalist meyilləri aşkar və klassifikasiya edən intellektual kriminalist robotlar hazırlanmalı, internet-kriminalistika, onun vəziyyəti və problemləri istiqamətində kadr hazırlığı aparılmalı, elmi problemlər təsnif olunmalıdır.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











