AQRO SMM layihəsinin bağlanış mərasimi keçirilib
TED.az xəbər verir ki, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı ilə baş tutan “AQRO Sosial Media Marketinq – AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə layihəyə 500-ə qədər gəncin müraciət etdiyini, onlardan 30 namizədin müsahibələrdən sonra layihədə iştirak haqqı qazandığını qeyd edib. Təşkilat sədri layihənin gənclərin aqrar sahə üzrə sosial media, marketinq ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərdən ibarət 16 peşəkar təlimçi - Pərviz Əliyev “Aqrar İqtisadiyyat”, Leyla Məmmədova “Aqrar marketinq”, İlqar Abdullayev “Heyvandarlıq”, Emin Musəvi “Medianın biznes tərəfi”, Elməddin Namazov “Bitkiçilik”, Nadir Adilov “Aqrar Biznesdə Sosial Məsuliyyət”, Afət Yaqubova “Kənd təsərrüfatında sosial medianın rolu”, Bəhruz Nuriyev “Torpaqdan istifadə”, Rizvan Qənbərli “Klassik mediadan yeni mediaya”, Turanə Qasımova “Özünü məşğuliyyətdən biznesə”, Rafiq Hünaltay “Böhran dövründə marketinq strategiyası”, Rəşad Bayramov “Effektiv kommunikasiya və marketinq kommunikasiyası”, Hacıağa Əliyev “Sosial mediadan istifadə”, Aysel Cəbrayılova “Rəqəmsal marketinqdə optimal həllər” və Firdovsi Fikrətzadə “Aqromarketinqin informasiya bazaları” mövzularında iştirakçılara interaktiv təlimlər keçiblər.
Qeyd edək ki, “AQRO SMM” ölkəmizdə sosial media marketinqin aqrar sahədə tətbiqi istiqamətində keçirilən ilk layihədir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















