Bu yolla poçt göndərişlərinizi asanlıqla izləyə bilərsiz – TEDassistant
Yaşadığımız innovasiya əsrində bütün "məsafələr" qısalıb, zaman məfhumu dəyişilib.
TED.az saytı olaraq əsas missiyamızdan biri də insanlara sürətlə irəliləyən zaman axınına keçidin yollarını təqdim etməkdir.
Bilirik ki, ötən əsrdə poçt göndərişləri uzun sürən və mürəkkəb prosses idi. Göndəriş edən şəxs poçt göndərişinin ünvana çatdırılması haqqında xəbər bilmək üçün xeyli müddət gözləməli olurdu.
Elektron hökumətin gətirdiyi imkanlar bu prosesi də bizim üçün asanlaşdırıb.
Ancaq gəlin, əvvəlcə poçt göndərişlərinin müasir göndərilmə texnologiyası ilə tanış olaq. Texnologiya qeydiyyatlı göndərişlərə unikal poçt identifikatorunun (ştrix-kodun) aid edilməsi prinsipinə əsaslanır. Hər bir keçid mərhələsində poçt identifikatorunun məlumatı vahid uçot və nəzarət sisteminə daxil edilməklə, internet vasitəsilə daxili və beynəlxalq poçt göndərişlərinin keçidinin izlənilməsi mümkün olur. 13 simvoldan (dörd hərf, 9 rəqəmdən) ibarət poçt identifikatoru poçt göndərişlərinin qəbulu zamanı verilən qəbzdə onun nömrəsi olaraq göstərilir.
Siz həmin ştrix-kod nömrəsini daxil etməklə, göndərişinizin cari statusu haqqında tez və ətraflı məlumat ala bilərsiniz.
- Bunun üçün ilk olaraq “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olun;
- Menyudan “Bütün xidmətlər” bölməsini seçin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sətrinin üzərinə vurun;
- Qarşınıza çıxan xidmətlər arasından “Poçt göndərişlərinin izlənilməsi” xidmətini seçin;
- Daha sonra “İzlənmə nömrəsi” xanasına poçt göndərişinizin Ştrix-kodunu daxil edin;
- Son mərhələdə isə "axtar" düyməsinə vurun.
Beləcə, “Poçt göndərişinizin izlənməsi” üzrə nəticə açılan pəncərədə sizə lazım olan məlumatları əldə etmiş olacaqsınız.
Günel QURBANOVA
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











