Xarici ekspert: Azərbaycanın startap ekosistemində digər ölkələrdən fərqli olaraq qadınlar qurucu kimi iştirak edirlər
“Azərbaycanda ekosistem inkişaf edir, startap hərəkatı genişlənir”. Bunu TED.az-a açıqlamasında “TC Holdings”in təsisçisi, İsraildən olan akselerasiya və ekosistem mütəxəssisi Tal Catron deyib.
Artıq 7-ci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən T.Catron 2016-cı ildən apardığı müşahidələrə əsasən ölkəmizin bu sahə üzrə xeyli irəliləyişlərə nail olduğunu vurğulayıb: “İstənilən tabloya uzaqdan baxanda vəziyyəti obyektiv təhlil etmək olur. Azərbaycanı kənardan müşahidə edən biri kimi deyə bilərəm ki, bu illər ərzində ölkənizin startap ekosistemi olduqca inkişaf edib”.
Ekspert bildirib ki, hazırda ekosistemi tam şəkildə adına uyğun sistemə çevirmək lazımdır: “Ekosistem bir az eqosistemə çevrilib. Buna səbəb insanların yalnız özünü düşünməsi və maddi yatırım etmək istəməməsidir. Biz bir-birimizə dəstək verməyi öyrənməliyik. “İ2B - İdeyadan Biznesə” layihəsinin respublika finalında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnnovasiya Agentliyi, eləcə də ölkə gəncləri, yəni bütün vacib aktorlar buradadır. Ekositemin daha da inkişaf etməsi üçün sadaladığım qurumların bir arada olması vacibdir”.
T.Catronun sözlərinə görə, Azərbaycanla bağlı daha bir sevindirici hal odur ki, xeyli sayda qadın startapçı innovativ layihələrlə çıxış edir: “Bu qadınlar adi komanda üzvü yox, startap qurucuları kimi çıxış edirlər. Dünyada buna çox nadir hallarda rast gəlinir”.
Mütəxəssis qeyd edib ki, “İ2B - İdeyadan Biznesə” layihəsində daha önəmli bir nüans Azərbaycanın sadəcə Bakıdan ibarət olmadığını göstərməsidir: “Bölgələrdən startap hərəkatına qoşulan istedadlı gənclər də bir-birindən maraqlı layihələrlə çıxış edirlər”.
“Məncə, müsabiqənin finalında məğlub olan komanda yoxdur. Çünki cüzi xalq hesabı ilə qaliblər müəyyənləşib. Bu, hər bir startapın layihəsinin qalibiyyətə layiq olduğunu göstərir. Ona görə də startapçılar məyus olmamalı, dayanmaq haqda düşünməməli, həvəsdən düşməməlidirlər. Əksinə hər zaman startap marafonuna hazır vəziyyətdə olmalıdırlar. Marafon yürüşündə bir neçə kilometr qaçdıqdan sonra bədənin müxtəlif yerləri ağrıyır və beyin ağrıyan orqanların durmasını istəyir. Bu zaman qətiyyən durmamalısan, çünki dayansan davam etmək çətin olacaq”, - deyə T.Catron bildirib.
Ekspert əlavə edib ki, startapı uğurlu edən texnologiya yox, insanlardır: “İsraildə də startap hərəkatını inkişaf etdirən başlıca amil ölkə əhalisidir. Biz israillilər özümüzü qorumağa meyilliyik. Biz hansısa ideyanı mütləq həyata keçirməli olduğumuzu düşünürük. Bu bir xalq olaraq bizdə ətrafımızdan qorunmaq üçün bir instinktdir”.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










