AREA-nın təsisçisi: Roboday festivalında dronlarla poçt daşıma sistemini nümayiş etdiririk
"AREA (Azerbaijan Robotics Engineering Academy) bu gün keçirilən “Roboday” festivalında texnoloji yeniliklərlə yanaşı, bir sıra layihələr nümayiş etdirir. Bugünkü festivalda AREA poçt daşıma sistemində dronlardan istifadəni təqdim etdirir".
TED.az xəbər verir ki, bunu AREA-nın təsisçisi Rəhman Rəsulzadə deyib.
Rəhman Rəsulzadə bildirib ki, dronlar bir nöqtədən digər nöqtəyə müəyyən bağlamaları daşıyır: "Digər bir yeniliyimiz bildiyiniz kimi AREA akademiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə dünya robot olimpiadası final mərhələsinə yüksəlib. Builki qaliblər ölkəmizi Macarıstanda təmsil edəcəklər. Tədbirə Macarıstanda keçiriləcək robot olimpiadasında iştirak edən finalçılarımızda qatılıb. Onların Macarıstanda nümayiş ediləcək robotları bu gün burada da göstərilir. Qeyd edim ki, AREA 2014-cü ildə 3 dərsdənkənar proqramla fəaliyyətə başlayıb. Bu gün artıq 9 proqramla çıxış edir. Bunlar "Mən pilotam", "Robomonte", "Yapon mühəndisliyi", "Helikopter mühəndisliyi" və s.".
R.Rəsulzadə qeyd edib ki, AREA-nın ən yeni layihələrindən biri "Dron olimpiadası: Mən pilotam" layihəsidir: "Ötən il bu layihəni pilot layihə olaraq ilk dəfə Azərbaycanda təqdim etdik. Ötən ilki müsabiqəmiz 3 kateqoriya üzrə aparılırdı. "Dron futbol", "Maneələrin dəf edilməsi" və xüsusi kateqoriya olan minalanmış ərazilərdə işğal olunmuş əraziləri azad etmək idi. Xüsusilə sonuncu layihə şagirdlərimizdə vətənpərvərlik hisslərini, həm də onlara müdafiə mexanizmini aşılayır".
Zeynəb ƏKBƏR
Startaplar bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















